Fələstinin “Səma” xəbər agentliyi sionist rejim medialarına istinadən bildirib ki, Qəzzə zolağında işğalçı rejim ordusu üçün çox ciddi təhlükəsizlik hadisəsi baş verib.
Əl-Qəssam batalyonları xəbərə əlavə edərək bildirib ki, bu batalyonların mücahidləri sionist rejimin döyüş mühəndisi bölməsinin qüvvələrindən bir qrupunu Qəzzə zolağının mərkəzində Deyr əl-Bələhin şərqində bomba yerləşdirilmiş tunellərdən birinə sürükləyiblər və onlar tunelə girən kimi onu partladıblar. Bu əməliyyatda bir neçə işğalçı ölüb və yaralanıb.
Bəzi mənbələr bu hadisədə sionist rejimin dörd əsgərinin məhv edildiyini bildirir.
Sizin rəyiniz